Yenifikir.media tanınmış şair, əməkdar jurnalist Tahir Talıblının “Götürür” rədifli qoşmasını təqdim edir :

Ağrı-ağrının üstünnən,
Dartıb,əlimi götürür.
Biləndə nədi qəstində
Adam,ölümü götürür.

Yollar-yol gəlmir köyünnən,
Ruhlar perikib öyünən,
Allah çəkilir göyünnən
Kişi ki zülmü götürür.

Yer-göy tökür hikkəsini,
Heç kim dinşəmir səsini,
Fələk də süpürgəsini
Çalıb,külümü götürür.

Tahir Talıblı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir