AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Zeynalovanın “Xaqani Şirvani yaradıcılığına konseptual baxış (ərəbcə irsi əsasında)” adlı monoqrafiyası işıq üzü görüb.

Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan nəşr “Zərdabi-nəşr” nəşriyyatında çap olunub. 392 səhifədən ibarət kitab giriş, beş fəsil və digər bölmələri əhatə edir.

Monoqrafiyanın elmi redaktorları akademik Rafael Hüseynov və professor Aida Qasımova, ön sözün müəllifi akademik Rafael Hüseynovdur. Rəyçilər professorlar İmamverdi Həmidov və Fəridə Əzizova, layihə rəhbəri isə Xanım Aydındır.

Nəşrin əsas elmi yeniliklərindən biri Xaqani Şirvaninin ərəbcə qələmə aldığı iki məktubun əlyazmalar əsasında hazırlanmış elmi-tənqidi mətninin ilk dəfə kitabda təqdim edilməsidir. Monoqrafiyada həmçinin şairin ərəbdilli irsi geniş təhlil olunur, onun yaradıcılığının tədqiqi və nəşr tarixi ilə bağlı arxiv sənədləri əsasında yeni faktlar təqdim edilir, həyat və fəaliyyəti ilə bağlı mübahisəli məsələlərə elmi münasibət bildirilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir