ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar 2026-cı il noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İrana hücum etməyəcək.

Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, Vaşinqtonla İran arasında məhsuldar müzakirələr aparılır.

“İslam Respublikası ilə məhsuldar müzakirələr aparırıq. Hamıya aydın şəkildə bildirmək istəyirəm ki, İran həm iqtisadi, həm də hərbi baxımdan çox ağır vəziyyətdə olsa da, blokada tam qüvvədə və fəaliyyətdə qaldığı, Hörmüz boğazından rekord həcmdə neft keçdiyi müddətdə İrana hücum etməyəcəyik”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, yalnız ötən gecə Hörmüz boğazından 22 milyon barrel neft keçib. Tramp vurğulayıb ki, bu neftin heç biri İrandan çıxmayıb və İrana daxil olmayıb.

ABŞ Prezidenti, həmçinin İranın nüvə silahına sahib olmayacağını bəyan edib.

“İRANIN NÜVƏ SİLAHI OLMAYACAQ!” – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Aralıq seçkilərində Nümayəndələr Palatasının bütün üzvləri və Senatın bir hissəsi seçilir.

Reaksiyalar:

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın