ABŞ Ağ Ev süni intellektdən istifadə etməklə bioloji silahların hazırlanması təhlükəsinin artmasından narahatdır və bu risklərə qarşı tədbirlər hazırlayır.
“Washington Post”un məlumatına görə, ABŞ administrasiyası bioloji vasitələrdən istifadə edilən hücumlardan ölkənin müdafiəsini gücləndirməyi planlaşdırır. Amerikalı rəsmilər süni intellektin ölümcül patogenlərin yaradılmasını asanlaşdıra biləcəyindən getdikcə daha çox ehtiyat edirlər.
Ağ Evin nümayəndəsi bildirib ki, administrasiyanın süni intellekt və bioloji təhlükəsizliklə bağlı problemlərin həllinə sadiqliyi aydındır və bu sahədə siyasətin hazırlanması üzərində artıq bir ildən çoxdur işlənilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

