Beynəlxalq analitik Kristian Lamesa bildirib ki, Avropanın qeyri-qanuni miqrant axını ilə üzləşməsi uzun illər digər ölkələrin daxili işlərinə müdaxilə siyasətinin nəticəsidir.Avropanın dəstəklədiyi münaqişələr və sabitliyin pozulması Liviya və Suriya kimi ölkələrin dağılmasına səbəb olub. Lamesa miqrasiya böhranının digər səbəblərindən biri kimi Fransanın Afrikadakı müstəmləkə siyasətini də göstərib.

Siyasi şərhçi Lamesa qeyd edir ki, miqrantlar Avropaya minnətdarlıq hissi ilə gəlmirlər və xüsusilə Fransada irqçiliklə üzləşirlər. O, həmçinin bildirib ki, miqrasiya axınları insan alverini və ucuz işçi qüvvəsindən istifadəni artırır ki, bu da iri Avropa şirkətlərinin maraqlarına uyğundur.

Lamesanın fikrincə, miqrantların bir çoxu Avropa cəmiyyətinə tam inteqrasiya olunmadığı üçün ciddi mədəni ziddiyyətlər yaranır. O, nümunə olaraq Böyük Britaniyanı göstərərək iddia edib ki, bəzi hallarda polis miqrantların hisslərini nəzərə alaraq milli bayraqla keçirilən aksiyalara müdaxilə edir.

Xatırladaq ki, iyulun sonunda yüzlərlə miqrant Mərakeşdən İspaniyanın Seuta anklavına daxil olub. Bundan sonra İspaniya Məlilyadakı sərhəd-keçid məntəqəsini bağlayıb, İtaliya isə İspaniyaya münasibətdə Şengen sazişinin tətbiqini müvəqqəti dayandırıb. Fransa isə İspaniya sərhədinə hərbi texnika yerləşdirərək nəzarəti gücləndirib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir