Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Daxili İşlər Nazirliyi Moskvada qanunsuz kriptovalyuta mübadilə şəbəkəsinə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı “Moskva-Siti” biznes mərkəzində fəaliyyət göstərən 20-dən çox əməkdaş saxlanılıb.

FSB-nin məlumatına görə, həmin mübadilə məntəqələri Ukraynada fəaliyyət göstərən fırıldaqçı “call-center”lərin Rusiya vətəndaşlarından ələ keçirdiyi vəsaitlərin kriptovalyuta vasitəsilə leqallaşdırılmasında istifadə olunub.

Bildirilir ki, zərərçəkənlər, o cümlədən pensiyaçılar, zəng mərkəzlərinin göstərişləri ilə kriptovalyuta alaraq vəsaiti Ukraynadakı hesablara köçürüblər. Kriptomübadilə məntəqələrində işləmək üçün isə maliyyə savadı zəif olan gənclər məsafədən işə cəlb ediliblər.

Əməliyyat zamanı 18–25 yaşlı kuryerlər də saxlanılıb. Onların aldadılmış vətəndaşlardan nağd vəsait toplayaraq mübadilə məntəqələrinə çatdırdıqları bildirilir.

Faktla bağlı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir