Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin I kurs tələbələri üçün infosessiya təşkil olunub.Görüşün əsas məqsədi tələbələri universitetdə fəaliyyət göstərən tələbə təşkilatları, onların fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihə və proqramlar, eləcə də tələbələr üçün yaratdıqları imkanlarla yaxından tanış etmək olub.
İnfosessiya zamanı tələbə təşkilatlarının rəhbərləri və nümayəndələri çıxış edərək fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Çıxışlarda tələbə təşkilatlarının universitetdə fəal tələbə mühitinin formalaşdırılmasında, tələbələrin müxtəlif layihə və təşəbbüslərdə iştirakının təmin edilməsində, həmçinin onların şəxsi və peşəkar inkişafına dəstək göstərilməsində mühüm rol oynadığı bildirilib.
Tədbirdə tələbələrin universitetdaxili ictimai və sosial proseslərdə fəal iştirakının əhəmiyyəti də vurğulanıb. Tələbələrə maraq və bacarıqlarına uyğun olaraq müxtəlif tələbə təşkilatlarına qoşulmaq, layihə və tədbirlərdə iştirak etmək, yeni bacarıqlar qazanmaq və öz təşəbbüslərini reallaşdırmaq imkanları barədə məlumat verilib.
Görüş çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, onların universitet həyatında daha fəal iştirak etmələri və tələbə təşkilatlarının təqdim etdiyi imkanlardan səmərəli yararlanmaları tövsiyə 
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin









