«Tərəflərdən biri, digəri və ya hər ikisi digər tərəfi sındırmaq və dalandan çıxmaq üçün fəaliyyətini gücləndirir. Bu, Rusiya-Ukrayna müharibəsi kontekstində xüsusilə təhlükəlidir, çünki belə bir gərginlik NATO üzvü olan qonşu ölkələrdə diversiya kampaniyasına gətirib çıxara bilər. Bu, haqqında danışdığınız zərbələr də ola bilər. Bu, iki ölkə arasındakı müharibəni sürətlə daha böyük miqyaslı və çox daha təhlükəli regional münaqişəyə çevirə biləcək bir sıra digər hadisələr də ola bilər. Ona görə də düşünürəm və ümid edirəm ki, eskalasiya riski hər iki tərəfi danışıqlar masası arxasına əyləşməyə və bu müharibənin nizamlanması barədə razılığa gəlməyə məcbur edəcək amillərdən biri olacaq», — deyə ABŞ Dövlət katibi Rubio Lissabonda portuqaliyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

