76 yaşlı aktyor Riçard Gir 28 yaşlı aktrisa Dayana Silverslə görüntüləndikdən sonra sosial şəbəkələrdə tənqid olunub. Nyu-Yorkdakı parklardan birində çəkilən kadrlarda Gir və Silvers birlikdə dondurma yeyib, səmimi söhbət edib və bir-birlərinə diqqət göstəriblər. Bu görüntülər onların arasında romantik münasibət olduğu barədə şayiələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri isə aktyorlar arasındakı 48 yaş fərqini tənqid ediblər.

Sonradan məlum olub ki, görüntülər yeni film üçün çəkilən səhnələrdir. “Asymmetry” adlı layihədə Riçard Gir yaşlı yazıçı, Dayana Silvers isə onun gənc köməkçisi rolunu canlandırır. Filmin əsas mövzusu məhz yaş fərqi böyük olan münasibətlərdir.
Mənbənin sözlərinə görə, filmdə yaş fərqi süjetin əsas elementlərindən biridir. Lakin bəzi izləyicilər böyük yaş fərqi olan münasibətin hekayənin mərkəzinə qoyulmasını birmənalı qarşılamayıblar.
Qeyd edək ki, Riçard Gir daha əvvəl ABŞ prezidenti Donald Trampı sərt tənqid edərək onu “dəli” adlandırmış və ölkəni dağıtmaqda ittiham etmişdi.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

