ABŞ administrasiyası İranla qarşıdurmada qarşıya qoyduğu hədəflərin sayını əhəmiyyətli dərəcədə azaldıb. Bu barədə CNN məlumat yayıb.Məlumata görə, Prezident Donald Trampın administrasiyası əvvəlki tələbləri yenidən nəzərdən keçirərək əsas məqsədləri iki bəndə endirib.
Birinci əsas məqsəd İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. İkinci məqsəd isə yanacaq qiymətlərinin sabit saxlanılması üçün Hörmüz boğazında gəmiçiliyin təmin edilməsidir.
CNN qeyd edir ki, əvvəllər ABŞ-ın tələbləri arasında İranın tam təslim olması, ölkədə hakimiyyət dəyişikliyi və Tehranın Yaxın Şərqdəki silahlı qruplaşmalara dəstəyini dayandırması da yer alırdı.
Müəlliflərin fikrincə, yeni yanaşma Vaşinqtonun daha məhdud nəticələrlə kifayətlənməyə hazır olduğunu göstərə bilər. Bununla belə, hazırkı məqsədlər müvəqqəti xarakter daşıya və gələcəkdə yenidən dəyişdirilə bilər.
Bundan əvvəl Donald Tramp ABŞ ordusunun Hörmüz boğazı ilə bağlı fəaliyyətini yüksək qiymətləndirib və İran limanlarının blokadasını “polad divar” adlandırıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

