“Desperate Housewives” serialının ulduzu, amerikalı aktrisa və aktivist Eva Lonqoriya istirahət zamanı paparassilərin obyektivinə tuş gəlib.51 yaşlı aktrisa çimərlikdə mavi bikini ilə görüntülənib. O, görünüşünü qara gün eynəyi və açıq saçları ilə tamamlayıb.
Lonqoriya istirahətə həyat yoldaşı, meksikalı media maqnatı və iş adamı Xose Antonio Bastonla birlikdə çıxıb.
Paparassilər tərəfindən çəkilən fotolar “Backgrid” agentliyinin sosial media hesabında yayımlanıb.
Qeyd edək ki, ötən ilin mayında Eva Lonqoriyanın Meksikanın “Necaxa” futbol klubunun sahiblərindən birinə çevrildiyi bildirilmişdi. Aktrisa daha əvvəl “GQ” jurnalının çəkilişində də yer alıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

