İran Prezidenti Məsud Pezeşkian ABŞ-la müharibənin başa çatdırılmasının vacib olduğunu bildirib“Müharibə bir nöqtədə başa çatmalıdır. Bu gün güclü və nüfuzlu olduğumuz, bütün dünyanın qələbəmizi qəbul etdiyi bir vaxtda müharibəni bitirməyimiz daha yaxşıdır”, – Pezeşkian deyib.

O, bunun İranın mümkün hücumlar qarşısında geri çəkiləcəyi anlamına gəlmədiyini vurğulayıb: “Zorakılıq qarşısında heç vaxt baş əyməyəcəyik”.

Pezeşkian ABŞ-la Pakistanın vasitəçiliyi ilə əldə olunan, lakin həyata keçirilməyən razılaşmanı İran üçün “şərəfli və dəyərli” adlandırıb.

İran lideri həmçinin birlik çağırışı edib: “Birlikdə olsaq, güclüyük, ayrılsaq, məhv olarıq”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir