İran Xarici İşlər Nazirliyi ABŞ-ın yeni sanksiyalarını “iqtisadi terrorizm” və “insanlığa qarşı cinayət” adlandırıb.Nazirliyin açıqlamasında bildirilib ki, yeni sanksiyalar İran xalqının fundamental hüquqlarını hədəf alır və əvvəllər uğursuz olmuş siyasətin davamıdır.
Tehran ABŞ-ın sanksiya siyasətini beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd hesab etdiyini açıqlayıb.
İran Xarici İşlər Nazirliyi ölkənin milli təhlükəsizliyini, maraqlarını və suverenliyini qorumaq üçün ABŞ-ın təzyiq və müdaxiləsinə qarşı bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

