Türkiyənin müdafiə sənayesi son 25 ildə ixracını kəskin artıraraq qlobal gücə çevrilib. 2000-ci ildə 200 milyon dollar olan müdafiə və aviasiya ixracı 2025-ci ildə 10,5 milyard dollara yüksəlib.

Yunanıstan mediası Bayraktar TB2, ASELSAN texnologiyaları və HÜRJET təyyarələrini Türkiyə müdafiə sənayesinin beynəlxalq uğurunun əsas simvolları kimi göstərib.

SIPRI-nin məlumatına görə, Türkiyə 2021–2025-ci illərdə dünyanın 11-ci ən böyük silah ixracatçısı olub. Türkiyə şirkətləri artıq 30-dan çox ölkəyə məhsul ixrac edir.

Məqalədə Türkiyənin NATO və Avropa ölkələri ilə müdafiə sahəsində əməkdaşlığının genişləndiyi, “Çelik Kubbe” kimi layihələrlə ölkənin istehsal imkanlarını daha da artırdığı qeyd olunub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir