Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğramasından kədərləndiyini bildirib.
Bu barədə o, özünün X hesabında yazıb.
“Gürcüstanda Türkiyəyə məxsus hərbi yük təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması məni dərindən kədərləndirdi. Qəlbimiz həyatını itirən ekipaj üzvlərinin ailələri ilədir. Bu kədərli vaxtda Türkiyə ilə həmrəy olduğumuzu bildiririk”, – deyə o qeyd edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

