Türkiyənin TEM avtomobil yolunun Bolu ərazisində AK Partiya Qrup sədr müavini və Ankara millət vəkili Leyla Şahin Ustanın olduğu avtomobil başqa bir maşınla toqquşub.
Qəza TEM avtomobil yolunun Bolu keçidində, Çaydurt ərazisində baş verib.
Məlumata görə, AK Partiyanın keçmiş Kocaeli millət vəkili və AK Partiya Baş Qərargahının Qadın Qollarının sədri Azizə Sibel Gönülün dəfn mərasimində iştirak etmək üçün Ankaradan Kocaeliyə gedən Leyla Şahin Ustanın olduğu avtomobil eyni istiqamətdə hərəkət edən digər avtomobillə toqquşub.
Qəza nəticəsində Leyla Şahin Usta və onun mühafizəçisi yüngül xəsarət alıb\. Hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları göndərilib
Sağlamlıq vəziyyəti yaxşıdır
İlkin tibbi yardımdan sonra yaralılar Bolu İzzət Baysal Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Xəstəxanada müalicə olunan Usta və mühafizəçisinin vəziyyətinin yaxşı olduğu, onların həyati təhlükəsinin olmadığı bildirilib.
Qəza xəbərini alan Bolu AK Partiya İl sədri Suat Güner də xəstəxanaya gedərək Leyla Şahin Ustaya baş çəkib və ona şəfa diləyib.
Qəza ilə bağlı araşdırma başlanılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

