Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Qeyd edək ki, Nadejda Vasilyevna İsmayılova 14 yanvar 1938-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1962-ci ildə ADU-nun Filologiya fakültəsini, 1968-ci ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari və kinoşünas fakültəsini bitirib. 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) əmək fəaliyyətinə başlayıb. 1975-ci ildən 1984-cü ilə qədər “Azərbaycanfilm” kinostudiyasında Baş redaktor müavini vəzifəsində çalışıb. 1985–1987-ci illərdə AzTV nin “Azərtelefilm” YB-də işləyib. “Dalğa”, “Həftə plyus” “TV Kuryer” televiziya publisistik proqramların müəllifi və aparıcısı olub.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir