Özbəkistanın avtomobil sənayesində əldə etdiyi təcrübə bu gün Azərbaycana da ötürülür”.Yenifikir.media APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.“Ölkənizin avtomobil sənayesində əldə etdiyi təcrübə bu gün Azərbaycana da ötürülür. İlk layihə artıq reallaşdırılıb, hazırda isə söhbət tam istehsal dövrünün yaradılmasından gedir. Hacıqabulda 80 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulur. Hazırda ikinci zavod da tikilir və bu müəssisənin ölkəmizin avtomobil sənayesinin inkişafına ciddi təkan verəcəyi gözlənilir”, – deyə dövlət başçısı qeyd edib

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir