Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevi vəzifəsindən azad edib. Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.İlham Əliyevin digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədri təyin edilib.

O, indiyə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin (İH) sədr müavini (həm də sədr əvəzi), bundan əvvəl isə nazirliyə məxsus “Azərpoçt” MMC-nin İH sədri vəzifəsində işləyib.

Onu da qeyd edək ki, Rauf Göyüş oğlu Vəliyev həm də “Səbail” futbol klubunun prezidenti idi…

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir