“Wall Street Journal”ın (WSJ) Şimali Koreya agentlərinin ABŞ şirkətlərində işə düzəlməsi ilə bağlı hazırladığı sənədli filmdə maraqlı kadrlar yer alıb.Filmin əvvəlində iş müsahibəsi zamanı namizəddən Şimali Koreya lideri Kim Çen Inı təhqir etməsi istənilir. Müsahibə aparan şəxs namizədə belə deyir:
“Namizəd kimi özünü başqa biri kimi təqdim edən çox sayda saxta şəxslə, xüsusilə Şimali Koreyalılarla qarşılaşırıq. Testlərimizdən biri onlardan Kim Çen Inın ‘kök və çirkin donuz’ olduğunu söyləmələrini istəməkdir. Bunu mənim üçün deyə bilərsiniz?”
Namizəd sualı tam anlamadığını bildirir. Müsahibə aparan şəxs isə Kim Çen Inın Şimali Koreyanın lideri olduğunu bir daha soruşur.
WSJ iddia edir ki, Şimali Koreya son illərdə minlərlə yüksək ixtisaslı işçini Qərb şirkətlərində işləmək üçün göndərib. Nəşr son bir il ərzində bu şəxslərdən ibarət kiçik bir qrupun fəaliyyətini araşdırdığını bildirir.
Daha əvvəl WSJ Şimali Koreya agentlərinin ABŞ şirkətlərində işləməklə təxminən 800 milyon dollar qazandığını yazmışdı. İddialara görə, əldə olunan vəsait Şimali Koreya hökumətinə ötürülür və ölkənin nüvə proqramının maliyyələşdirilməsinə sərf olunur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

