Tanınmış gürcü əsilli KVN iştirakçısı, müğənni və güləşçi Tornike Kvititiani 20 yaşlı Diana adlı sevgilisi ilə evlənəcəyini açıqlayıb.Kvititiani bildirib ki, onlar qohumlarının vasitəsilə tanış olublar. Gürcü ailəsində böyüyən Diana hazırda universitetin son kursunda təhsil alır.“Yavaş-yavaş ünsiyyət qurmağa başladıq və onun mənim insanım olduğunu anladım”, – Kvititiani deyib.
Sənətçi sevgilisinə Parisdə evlilik təklifi etdiyini və bundan əvvəl Diananın valideynlərindən icazə aldığını söyləyib.
Onun sözlərinə görə, toyun tarixi artıq müəyyənləşib və mərasimə 350 nəfərin dəvət olunması planlaşdırılır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

