İran parlamentində Omanla yeni saziş layihəsi müzakirə olunur. Yerli KİV-in məlumatına görə, sənəd qüvvəyə minərsə, ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçidinə qadağa qoyula bilər.

Layihədə həmçinin İsraillə əlaqəli yüklərin daşınmasının qadağan edilməsi və boğazdan tranzit üçün ödənişlərin tətbiqi nəzərdə tutulur. Plana əsasən, gəmilərin boğaza girişinə İran, çıxışına isə Oman nəzarət edəcək.

ABŞ isə beynəlxalq sularda maneəsiz gəmiçiliyin təmin olunmasını tələb edir. Tehran isə boğazın tam açılmasını ABŞ-ın dəniz blokadasının aradan qaldırılması ilə əlaqələndirir.

Məlumata görə, İran və Oman artıq gəmilərin hərəkəti üçün yeni marşrut üzrə ilkin razılıq əldə ediblər. ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl xəbərdarlıq edib ki, gəmiçiliyə məhdudiyyətlər davam edərsə, İran yeni zərbələrlə üzləşə bilər.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir