ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının azaldığı bildirilsə də, Vaşinqtonun Kiyevə silah tədarükünü dayandıracağı gözlənilmir. Bu barədə rusiyalı politoloq Oleq Qlazunov bildirib.Onun sözlərinə görə, ABŞ-ın ehtiyatında əvvəllər təxminən 3 min “Patriot” raketi olduğu halda, hazırda bu rəqəm 800-ə enib. Bununla belə, ekspert hesab edir ki, silah tədarükü Avropa İttifaqı ölkələri vasitəsilə davam edəcək.Qlazunov bildirib ki, ABŞ silahları əvvəlcə Avropa ölkələrinə satır, daha sonra isə həmin ölkələr onları Ukraynaya göndərirlər. Xatırladaq ki, Donald Tramp daha əvvəl Ukraynanın artıq Co Bayden administrasiyası dövründə böyük həcmdə “Patriot” raketləri aldığını demişdi.
Ukrayna isə son aylarda hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığının kritik həddə çatdığını dəfələrlə bəyan edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

