İran parlamentinin sədri Mohammad Bagher Ghalibaf ABŞ Prezidenti Donald Trump-ı “teatral diplomatiya”dan imtina etməyə çağırıb.Qalibaf sosial şəbəkədə yazıb ki, təhdidlər, verilən vədlərin pozulması və saxta xəbərlər vasitəsilə təzyiq göstərmək strategiyası uğursuz olub. Onun sözlərinə görə, Vaşinqton münaqişənin həlli üçün sadəcə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
İran rəsmisi Trampın son həftələrdə bir tərəfdən İrana yeni güclü zərbələr endirməklə hədələdiyini, digər tərəfdən isə Tehranın dialoqa hazır olduğunu bəyan etdiyini xatırladaraq bunu “təkrarlanan teatral diplomatiya” adlandırıb.
Tramp isə avqustun 7-də Ağ Evdə jurnalistlərə açıqlamasında İranla danışıqların gedişindən razı qaldığını və yaxın vaxtlarda müsbət nəticə əldə olunacağını gözlədiyini bildirib. O, daha əvvəl verdiyi müsahibədə isə İranın tezliklə Hörmüz boğazını açmalı olduğunu, əks halda ABŞ hərbçilərinin İrana “çox güclü zərbə” endirəcəyini söyləmişdi.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

