Rumıniyanın “Rumınların Birləşməsi Alyansı” (AUR) Partiyasının sədr müavini Dan Dunqaçu ölkəsinin Ukraynaya maliyyə dəstəyi göstərmək üçün artıq kifayət qədər resursa malik olmadığını bildirib.Onun sözlərinə görə, Rumıniyada büdcə kəsiri və iqtisadi problemlər səbəbindən hazırda Kiyevə iqtisadi və maliyyə yardımı etmək mümkün deyil.

Dunqaçu qeyd edib ki, Rumıniya Avropa İttifaqının Ukraynaya yardımına mane olmayacaq, lakin bu istiqamətdə əlavə öhdəlik götürmək imkanına sahib deyil.

Xatırladaq ki, bundan əvvəl Niderland da Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb. Ölkənin müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius bildirib ki, Niderland üzərinə düşəni edib və bundan sonra digər ölkələri Kiyevə dəstək verməyə çağıracaq.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir