Düz Bakıdan İrəvana,
Yol gedəcəm yana- yana,
Son qoyublar nahaq qana,
Şükr eyləyək Yaradana.
Havalana-havalana,
Mən getmişdim Savalana,
İndi yolum İrəvana,
Yatmış bəxtim kaş oyana.
Göyçə gölü intizarda,
Dərələyəz ahu- zarda,
Qafan eli dərd- bezarda,
Həsrət hopub şirin cana.
Çıxmışam bir uzaq yola,
Hey baxıram sağa- sola,
Kaş yenə də bizim ola,
Nəğmə qoşum İrəvana.
Həm Bakımız, həm İrəvan,
Bir bədəndə qoşa bir can,
Yolu hamar, yolu rəvan,
Ulu şəhər, gözlə, dayan.
Orda şeirim, sözüm qalıb,
Gözüm qalıb, özüm qalıb,
Ələsgərin sazı qalıb,
Bilməm gedim mən hayana.
Təbriz,Şuşa -sənə həsrət,
Qonşu edib çox xəyanət,
Bilin dostlar VÜQAR ƏHMƏD,
Yola düşüb İrəvana.
30.04.2026
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

