Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya ilə münasibətlərin normallaşması üçün şərt irəli sürüb. Onun sözlərinə görə, Moskva ilə münaqişənin sülh yolu ilə həlli yalnız Abxaziya və Cənubi Osetiyanın “işğaldan azad edilməsindən” sonra mümkün olacaq.

“Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün ilkin şərt Gürcüstan ərazilərinin işğaldan azad edilməsidir. Bu, bizim siyasi xəttimiz və mesajımızdır”, – Kobaxidze jurnalistlərə bildirib.

Baş nazir ölkə daxilindəki müxalif qüvvələrin fəaliyyətinə də toxunub. O, müxalifətin xaricdən gələn göstərişlərlə rusofob kampaniya apardığını və Tbilisi ilə Moskva arasındakı münasibətləri gərginləşdirməyə çalışdığını iddia edib.

Kobaxidze rusofobiyanın və ümumilikdə ksenofobiyanın gürcü mədəniyyətinə yad olduğunu deyib. Onun fikrincə, bu cür təxribatlar Gürcüstanın iqtisadiyyatına və dövlətçiliyinə zərər vurur.

Baş nazir siyasi fikir ayrılıqlarının xalqlar arasındakı münasibətlərə keçirilməməsinə çağırıb. O, Gürcüstan və Rusiyada yaşayan çoxsaylı qarışıq ailələri və Rusiyadakı böyük gürcü diasporunu xatırladaraq, siyasi fikir ayrılıqlarının iki xalq arasında düşmənçiliyə çevrilməsinə yol verilməməli olduğunu vurğulayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir