“Mançester Siti”nin norveçli ulduzu Erling Haaland yeni mövsüm öncəsi imicində ciddi dəyişiklik edib.26 yaşlı hücumçu illərdir özünəməxsus görünüşünün əsas hissəsi olan uzun sarı saçlarını qısacıq kəsdirib. Haaland yeni saç düzümünü sosial media hesabında “Short hair don’t care” qeydi ilə paylaşıb.

Norveçli futbolçunun uzun saçları və topuz modeli artıq onun imzasına çevrilmişdi. Hətta azarkeşlər bu saç düzümünü “Erling Knot” adlandırırdılar.
Haalandın yeni görünüşü sosial mediada böyük marağa səbəb olub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

