Televiziya tarixinin məşhur yarışmalarından “Var Mısın Yok Musun” Esra Erolun aparıcılığı ilə yenidən tamaşaçı qarşısına çıxır.ATV-də yayımlanan yarışmanın 33-cü bölümü sabah axşam saat 20:00-da efirə gedəcək.
Şans və strategiyanın ön planda olduğu yarışmada Türkiyənin müxtəlif bölgələrindən gələn 22 iştirakçı 5 milyon TL-lik böyük mükafat uğrunda mübarizə aparır.
Oyunda iştirakçılar banka qarşı yarışır. Hər turun sonunda bank iştirakçının seçdiyi qutunu almaq üçün təklif irəli sürür. Qutular açıldıqca risk artır və iştirakçılar böyük mükafatla vidalaşmaq və ya oyunu davam etdirmək arasında seçim etməli olurlar.
Böyük sual isə budur: 5 milyon TL-nin sahibi bu dəfə bəlli olacaqmı?
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

