İraq Kürdüstan Regional Hökumətinin rəhbəri Nəçirvan Bərzani Türkiyə parlamentində qəbul edilən “Milli həmrəyliyin və ictimai inteqrasiyanın gücləndirilməsi haqqında” qanun layihəsini alqışlayıb.Bərzani bunu Türkiyə və regionda davamlı sülh, sabitlik və əmin-amanlığın təmin olunması istiqamətində “cəsarətli addım” adlandırıb.
O, silahlı mübarizə dövrünün geridə qaldığını və problemlərin həllində sülh və dialoqun ən doğru yol olduğunu vurğulayıb.
Bərzani qanunun cəmiyyətdə etimadın möhkəmləndirilməsi və dinc birgəyaşayış üçün böyük imkan yaratdığını bildirib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

