UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Fənərbağça” avqustun 26-da Fransada “Lion”un qonağı olacaq. Qarşılaşmanın hakim təyinatları açıqlanıb.Matçın baş hakimi italiyalı Maurizio Mariani olacaq. Ona Daniele Bindoni və Alberto Tegoni kömək edəcək. Dördüncü hakim Luca Zufferli, VAR hakimi Marco Di Bello, AVAR isə Luca Pairetto olacaq.
İstanbulda keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Cavab oyunundan sonra qalib gələn komanda Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

