Latviyanın bir neçə rayonunda hava həyəcanı elan olunub. Bu barədə Gorod.lv portalı Latviya ordusunun xəbərdarlığına istinadən məlumat yayıb.Sakinlərə göndərilən bildirişdə ölkənin hava məkanında təhlükə qeydə alındığı və dərhal qapalı məkana keçərək “iki divar” prinsipinə əməl etmək çağırılıb. Bu prinsipə əsasən, insanla küçə arasında ən azı iki divar olmalıdır.

Xəbərdarlıq Auqşdauqav, Preyli və Balvi rayonlarının sakinlərinə göndərilib. Bu ərazilərin hamısı Rusiya sərhədinə yaxın yerləşir.

Qeyd edək ki, daha əvvəl Latviya Baş naziri Andris Kulberqs ölkə hakimiyyətinin dronlara qarşı sistemlər üçün zəruri sursatları almağı unutduğunu etiraf edib:

“Avadanlığı aldılar, sursat almağı isə unutdular”.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir