“Vaşinqton Kepitals”ın kapitanı və hücumçusu Aleksandr Oveçkin yeni NHL mövsümünə hazırlıq üçün sentyabrın əvvəlində ABŞ-a qayıdacaq. Bu barədə onun nümayəndəsi Qleb Çistyakov TASS-a açıqlamasında bildirib.
“O, sentyabrın əvvəlində Vaşinqtona yollanmağı planlaşdırır”, – Çistyakov deyib.
NHL-in müntəzəm çempionatı sentyabrın 30-na keçən gecə başlayacaq. “Vaşinqton”un yeni mövsümdə ilk rəsmi oyunu isə oktyabrın 3-nə keçən gecə hazırkı Stenli Kuboku sahibi “Karolina”ya qarşı səfərdə olacaq.
İyulun əvvəlində Oveçkin “Vaşinqton”la daha bir illik müqavilə imzalayıb. Rusiyalı hücumçunun NHL-in müntəzəm çempionatlarında 929 qolu var və bu, liqa tarixində rekord göstəricidir. Pley-off oyunları da nəzərə alınmaqla onun hesabında 1006 qol var. Bu göstəriciyə görə Oveçkin tarixdə ikinci yerdədir və kanadalı Ueyn Qretzkinin rekordundan 10 qol geri qalır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

