Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamalarını sərt tənqid edib.Medvedev iddia edib ki, Zelenskinin “bir nəfərin ölümünü arzulaması” əslində bütün Rusiyanın məhvini istəməsi anlamına gəlir. O, həmçinin Ukrayna rəhbərliyini Rusiyaya qarşı kütləvi hücumlar təşkil etməkdə ittiham edib.
Rusiya rəsmisi əlavə edib ki, Zelenskinin özü də təhlükə altındadır və onun gələcəyi ilə bağlı təhqiramiz ifadələr işlədib.
Qeyd edək ki, Zelenski Milad müraciətində ukraynalıların “bir arzusunun olduğunu” deyərək “qoy o ölsün” ifadəsini işlədib, lakin konkret kimdən bəhs etdiyini açıqlamayıb. Bu açıqlama müxtəlif ölkələrdə və siyasi dairələrdə fərqli reaksiyalar doğurub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

