Belarus müxalifətinin lideri Svyatlana Tsikhanouskaya Polşada bank hesabı açmaq istəyinin baş tutmadığını açıqlayıb.Tixanovskayanın sözlərinə görə, o, Litva sənədləri ilə Polşa bankına müraciət edib, lakin hesab açılmasına icazə verilməyib. O, həmçinin sənədləşmə prosesinin uzun çəkməsindən narazılığını ifadə edib.Bununla yanaşı, Tixanovskaya Polşada yaşayan belarusluları daha fəal olmağa çağıraraq, onların ictimai aksiyalarda kifayət qədər iştirak etmədiyini bildirib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

