Yaponiya hökuməti Rusiyanın Kiçik Kuril adalar silsiləsində adsız iki adaya Sovet İttifaqı Qəhrəmanları – kəşfiyyatçı Rixard Zorge və artilleriyaçı İvan Rublenkonun adlarının verilməsi qərarını araşdıracağını açıqlayıb.Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara bildirib ki, Tokio əvvəlcə məsələ ilə bağlı bütün faktları dəqiqləşdirəcək, daha sonra isə “Şimal əraziləri” adlandırdığı Cənubi Kurillərlə bağlı mövqeyinə uyğun addımlar atacaq.
Bundan əvvəl Saxalin üzrə Rusiya Coğrafiya Cəmiyyəti Kiçik Kuril adalarında keçirilən tarixi-coğrafi ekspedisiyanın başa çatdığını açıqlamışdı. Ekspedisiya zamanı adsız iki adada Rixard Zorge və İvan Rublenkonun adlarını daşıyan xatirə nişanları quraşdırılıb.
Təşkilatın məlumatına görə, həmin adalara rəsmi adların verilməsi ilə bağlı qərarın yaxın vaxtlarda Rusiya hakimiyyəti tərəfindən təsdiqlənəcəyi gözlənilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

