Altmış üç il ömür deyil, bir uca hikmət dağı,
Söz mülkünün sultanı, elmimizin çırağı.
Vüqar adı ucalıqdır, həm şərəfdir, həm vüqar,
Hər sətirdə nəfəsi var, hər kitabda izi var.

Onlarla ölkə bilir, o dahi zəkasını,
Dünya duyub Vüqarın elmi-haqq sədasını
Burda paxıl baxışlar kölgə saldı adına,
Fəqət cayır-cayır alışdılar, rəzalətin oduna..

Nəğməkar bir şairdir o, ruhu vətən eşqiylə,
Xalqın qəlbin fəth eləyib o müəzzəm diliylə.
Yüzlərlə əsər yazıb, nur çiləyib hər yana,
Füzulidən dərslər alıb, töhfə verib irfana.

İndi Allah lütf eyləyib, bəxş edib bir xoş müjdə,
Baba olmaq sevinciylə gəlibdir ruhu vəcdə.
Kamal gəldi, Camal gəldi – qoşa qanad, qoşa can,
Nəvələrlə bəzənibdir bu mübarək xanədan.

Qızının şirin səsiylə ruhu dastan yaradır,
Bu nəsil elm yolunda başqa nurlu dünyadır.
Xalqa tövhələr verir, yoxdur bir təmənnası,
Yaşa, Vüqar, yüz yaşa, ey müdrik söz ustası!

Mövsüm Mahmudoğlu

 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir