Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mürşüd Nərimanovun nəşi 30 ildən sonra İmişlidə dəfn olunub.Şəhidin nəşi avqustun 21-də İmişli rayonunun Məzrəli kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və ictimaiyyət iştirak edib.

Mərasimdə Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb və şəhidin ruhuna dualar oxunub.

Mürşüd Nərimanov 26 yanvar 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi ərazisində gedən döyüşlərdə iştirak edib və həmin əməliyyatlar zamanı itkin düşüb.

Onun nəşinin uzun illər sonra müəyyən edilərək ailəsinə təhvil verilməsi ilə daha bir şəhidin dəfn mərasimi keçirilib.

Allah rəhmət eləsin!

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir