Mayın 21-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə IX–XI sinif şagirdləri arasında keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının elm kateqoriyası üzrə final mərhələsi baş tutub.

Final mərhələsində 108 nəfərin təmsil olunduğu 18 komanda arasında “Abşeron” komandası I yerə layiq görülüb. Qalib komandanın 5 üzvündən 2-si Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri — Paşayev Turay və Abbaszadə Ayxandır.

Məktəbin direktoru Arifə Balakişiyeva qalib şagirdləri qəbul edərək onları əldə etdikləri möhtəşəm uğur münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, elmi düşüncə və komanda ruhunun gücləndirilməsi məqsədilə keçirilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir