Mələk simalıdır, gözəldən gözəl,
Yaranıb lap çoxdan, insandan əzəl,
Dili şipşirindir, baldan da şirin,
Vədləri, sözləri yalan bu dünya.

Güvənmə sən ona, əyər qəddini, Çaşsan bildirəcək sənə həddini, Bədbəxt eyləyəcək soykök, cəddini,
Qəlbləri eyləyib talan bu dünya.

Ruzi atlı olar, kasıb piyada, Xoşbəxtlik didərgin , əlçatmaz ada, Kimsəsiz möhtacdır özgəyə, yada, Qəfildən canları alan bu dünya.

Gözəl gün təbərrik, gözəl gün qismət,
Ömür boyu insan çəkir əziyyət,
Yaxşı ki, dünyada vardır məhəbbət,
Vüqarı saf eşqə salan bu dünya.

Vüqar Əhməd
21.05.2026

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir