TikTok-da “Nifrətim sevgidən böyük” adı ilə fəaliyyət göstərən istifadəçi yeni sürücülük vəsiqəsi almasını fərqli şəkildə qeyd edib.İstifadəçi paylaşdığı videoda əvvəlcə yeni aldığı sürücülük vəsiqəsinin üzərinə energetik içki tökür, daha sonra isə sürücülük vəsiqəsindən istifadə edərək tort kəsib.
Qeyri-adi görüntülər sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bu addımı əyləncəli jest kimi qiymətləndirsə də, digərləri rəsmi sənədlə belə davranılmasını tənqid edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

