Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.525.az xəbər verir ki, bu barədə Özbəkistanın XİN başçısı “X” hesabında paylaşım edib.
O qeyd edib ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında keçirilən son siyasi məsləhətləşmələrin nəticələrini alqışlayır.
“Azərbaycan və Özbəkistan liderləri arasında fəal, dostcasına və etimada əsaslanan dialoq iki ölkənin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafında mühüm rol oynayır”, – Saidov bildirib.
Görüşdə ikitərəfli gündəliyə dair ətraflı müzakirələr aparılıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

