ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla müharibədə Vaşinqtonun əsas məqsədinin amerikalılar üçün neft və qazın ucuz qalmasını təmin etmək olduğunu bildirib. O, bu barədə “Fox News” telekanalının efirində danışıb.

“Bir nömrəli məqsədimiz ölkə üzrə amerikalılar üçün neft və qazı ucuz saxlamaqdır”, – Vens deyib.

Onun sözlərinə görə, ikinci məqsəd İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair təminat əldə etməkdir.

Vens həmçinin bildirib ki, son günlər İranla aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Onun sözlərinə görə, Tehran da münaqişənin başa çatmasında maraqlıdır, lakin danışıqların nəticəsi İran tərəfinin Vaşinqton üçün məqbul şərtlərlə razılaşa bilməsindən asılı olacaq.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlamasında bildirib ki, Vaşinqton Tehranla yalnız qismən danışıqlar aparır və vəziyyəti izləyir. Tramp İranın yüksək inflyasiya ilə üzləşdiyini və pulunun olmadığını qeyd edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir