ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis Ukrayna Prezidenti Vladimir Zelenskinin Patriot hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü ilə bağlı çağırışını şərh edib.Devis X sosial şəbəkəsində yazıb ki, ABŞ-ın bütün PAC-3 raketləri belə bu qış Ukrayna səmasının təhlükəsizliyini təmin edə bilməz.

Onun sözlərinə görə, Qərb Kiyevə silah tədarükünü davam etdirməklə çox sayda ukraynalının mənasız ölümünə səbəb ola bilər.

“Rusiya istənilən halda qalib gələcək. Yeganə müəyyənləşdirilməli məsələ bunun bizim üçün son qiymətinin nə qədər yüksək olacağıdır”, – istefada olan hərbçi bildirib.

Qeyd edək ki, daha əvvəl Zelenski ABŞ-ın Patriot raket ehtiyatının cəmi 5 faizini Ukraynaya təqdim etməsi halında ölkəsinin qışı keçirə biləcəyini demişdi. O, Kiyevin hazırda kritik dərəcədə az sayda raketə malik olduğunu vurğulamışdı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir