ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə İttifaqından məmnunluğunu ifadə edib.Tramp sosial media hesabında üç ölkənin liderlərini təbrik edərək ittifaqı “böyük, cəsarətli və mühüm ilk addım” adlandırıb.
O bildirib ki, bu razılaşma Yaxın Şərq ölkələrinin öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət götürdüyünü və regionun birlikdə hərəkət etməyə başladığını göstərir.
Qeyd edək ki, Məkkə Birgə Müdafiə İttifaqı avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

