ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın görüş təklifinə cavab verdiyini açıqlayıb.
Tramp jurnalistlərin Kim Çen Inın görüş təklifinə cavab vermədiyi barədə sualına “Onun cavab vermədiyini haradan bilirsiniz?” deyə cavab verib. Ardınca isə “Bəli, bəli” deyərək Şimali Koreya liderinin cavab verdiyini təsdiqləyib.
Tramp bildirib ki, Kim Çen In həmişə ona böyük hörmətlə yanaşıb: “Birlikdə vaxt keçirmişik. Mən onu anlayıram, o da məni anlayır. O, heç kimi sevmirdi, amma mənim onunla çox yaxşı münasibətlərim var”.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

