ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Vaşinqtondan aldıqları silahlar, o cümlədən qırıcı təyyarələri öz qərarları ilə Ukraynaya verə biləcəklərini bildirib.

Trampın sözlərinə görə, ABŞ Avropa İttifaqına sursat və qırıcı təyyarələr satır və bundan sonra Avropa ölkələri əldə etdikləri silahlarla istədikləri kimi davranmaq hüququna malikdirlər.

“Biz sursat satırıq, Avropa İttifaqına qırıcı təyyarələr satırıq və onlar istədiklərini edirlər, məsələn, onları Ukraynaya verə bilərlər”, – Tramp deyib.

ABŞ prezidenti söhbətin Avropaya yeni qırıcıların satılmasından və onların sonradan Kiyevə ötürülməsindən, yoxsa artıq Ukraynaya verilmiş təyyarələrdən getdiyini dəqiqləşdirməyib.

Tramp həmçinin bildirib ki, ABŞ hazırda Avropa ölkələrinə silahları tam ödəniş qarşılığında tədarük edir.

O, daha əvvəl Co Baydenin prezidentliyi dövründə Ukraynaya göstərilən hərbi yardım səbəbindən ABŞ-ın silah ehtiyatlarının azaldığını bildirmişdi. Tramp hazırda Kiyevə hərbi yardımın davam etdiyini, lakin bunun Avropa İttifaqının vəsaiti hesabına həyata keçirildiyini vurğulayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir