Türkiyə Böyük Millət Məclisinin Ədliyyə Komissiyası bu gün “Milli Həmrəyliyin və İctimai Bütövləşmənin Gücləndirilməsi haqqında” qanun layihəsini müzakirə edəcək.Layihəyə əsasən, PKK/KCK-nın silahı tam təhvil verdiyi və fəaliyyətinə son qoyduğu rəsmi şəkildə təsdiqlənərsə, müəyyən terror cinayətləri üzrə istintaq, məhkəmə prosesləri və cəzaların icrası müəyyən müddətə təxirə salına biləcək.

Sənəddə qəsdən adamöldürmə və bəzi ağır cinayətlər istisna olmaqla, 15 ilədək cəza nəzərdə tutulan işlər üzrə 5 il, daha ağır cinayətlər üzrə isə 10 il təxirəsalma mexanizmi nəzərdə tutulur. Layihənin komissiya mərhələsindən sonra TBMM-nin Baş Assambleyasının müzakirəsinə çıxarılması gözlənilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir