“Azərişıq” ASC avqustun 6-da Bakı şəhərində və bir sıra rayonlarda planlı təmir işlərinin aparılacağını açıqlayıb.Məlumata görə, təmir işləri ilə əlaqədar Yasamal rayonunun 2-ci Alatava yaşayış massivinin bir hissəsində, Nərimanov rayonunda Ziya Bünyadov prospekti və Şahmar Ələkbərov küçəsinin bəzi ərazilərində (09:00–13:00) elektrik enerjisinin verilişi dayandırılacaq.
Bundan başqa, Ağdaş rayonunun Yuxarı Ləki, Güvəkənd və Əmirarx kəndlərində (10:00–14:00), eləcə də Ucar rayonunun Təzə Şilyan kəndində (10:00–12:00) planlı enerji fasiləsi olacaq.
“Azərişıq” bildirib ki, təmir işləri elektrik şəbəkəsinin etibarlılığının artırılması məqsədi daşıyır və yekunlaşdıqdan sonra abonentlər daha dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

