Britaniyanın The Telegraph qəzeti avqustun 16-da Rusiyada Ukraynaya hücumlar üçün müasir uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) buraxıldığı gizli bazaların olduğu barədə məlumat yayıb.
Qəzetin yazdığına görə, bu bazaların sərhədə yaxın yerləşməsi Kiyevin zəifləyən hava hücumundan müdafiə sistemlərindən yan keçməklə genişmiqyaslı hava hücumlarının həyata keçirilməsinə imkan verir.
“Gazeta.ru” qeyd edir ki, The Telegraph müəlliflərinin fikrincə, Rusiyanın PUA infrastrukturu NATO ölkələri üçün uzunmüddətli təhlükə yarada bilər. Bununla belə, qəzet sözügedən obyektlərin yerləşməsi və təyinatı ilə bağlı Rusiya rəsmilərinin təsdiqini təqdim etməyib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Rusiyanın NATO-ya hücum etmək niyyətində olması barədə iddiaları “təxribat” adlandırıb. O, bu fikirləri “cəfəngiyyat” kimi qiymətləndirərək, belə iddiaların Qərb ölkələrində müdafiə xərclərinin artırılmasına əsas yaratmaq məqsədi daşıdığını bildirib.
Putin dəfələrlə bəyan edib ki, Rusiyanın Qərb dövlətlərinə hücum etmək planı yoxdur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

